Elmin İnkişafı Fonduna icraçı direktor təyin edilib

 18:04 20.09.2019     232

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Mehriban Natiq qızı İmanova Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilib.

Qeyd edək ki, M. İmanova Riyaziyyat üzrə fəlsəfə doktoru, dosentdir. O, 1977-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib.

2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlayıb. 2010-cu ildə namizədlik dissertasiyanı müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında müəllim, 2013-cü ildən dosent əvəzi, 2016-cı ildən isə dosent vəzifəsində çalışır.

M.N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.