Şamaxıda ikimərtəbəli mağaza yanıb

 10:55 21.09.2019     831

Şamaxıda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Şamaxı rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli mağazanın 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə və içərisində olan əşyalar yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.