Aİ-nin Azərbaycandakı səfiri: "Plastik torbaların ödənişli olmasını istərdik"

 11:38 21.09.2019     1066

"Plastik torbaların ödənişli olmasını istərdik. Bəlkə, o zaman insanlar onu almaq istəməzlər". 

Redaktor.az xəbər verir ki, bunu Avropa Ittifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas bildirib. Səfir hesab edir ki, bununla ətraf mühitin çirklənməsinin qarşısı alınar:

"Ətraf mühitin plastik tullantılarla çirklənməsini istəmirik. İstəyirik ki, ictimaiyyətin məlumatlanmasını artıraq və onlar öz gündəlik həyatlarına nəzər yetirsinlər. Məsələn, mağazaya gedəndə bizə plastik torba verirlər. Biz ondan cəmi 15 dəqiqə istifadə edirik. Həmin torbalar yüz ilə çürüyür. İstəyirik ki, plastik qablar əvəzinə tekstildən, kağızlardan, yəni, çürüyə bilən materiallardan istifadə edilsin".