Bərdədə minik avtomobili aşıb - Xəsarət alanlar var

 13:09 21.09.2019     820

Bərdə rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Həsənqaya kəndində qeydə alınıb. Mercedes markalı minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Redaktor.az