Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başa çatıb

 12:20 23.09.2019     413

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başa çatıb.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu sentyabrın 21-dən 22-si saat 23:59-dək davam edib.

Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanında nəticəsi olan şəxslər iştirak edib.