Bakıda mağaza qarət edilib

 14:51 23.09.2019     239

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ş.Kəlbiyevin ətrafında Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki mağazaların birindən 1000 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.