Qubada dələduzluqda şübhəli bilinən 3 əcnəbi saxlanılıb

 15:47 23.09.2019     362

Qubada dələduzluqda şübhəli bilinən 3 əcnəbi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən şəhər sakini V.Hüseynova sentyabrın 20-də işlədiyi mağazaya gəlmiş 3 nəfərin onu aldadaraq 180 manatını aldıqlarını bildirib.

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən 3 əcnəbi müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.