Şagirdlərin 93 faizi Təhsil Şəbəkəsinə qoşulan məktəblərdə təhsil alır

 18:20 23.09.2019     273

Bu il Təhsil Nazirliyi Azərbaycanın ən böyük daxili təhsil şəbəkələrindən olan Azərbaycan Təhsil Şəbəkəsini (ATŞ) genişləndirib. Hazırda ölkə üzrə 3162 təhsil müəssisəsi ATŞ-yə qoşulub. 

Bu barədə Təhsil Nazirliyindən bildirilib. Məlumatda qeyd edilib ki, ATŞ-yə qoşulmuş ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin sayı ölkə üzrə ümumi şagirdlərin 93%-nə və pedaqoji heyətin 75%-nə faizinə bərabərdir. Bu faiz göstəricilərinin 100%-ə çatdırılması nəzərdə tutulub. 

Qeyd edək ki, ATŞ-yə qoşulmuş təhsil müəssisələri intensiv trafik tələb edən proqramlardan, videokonfranslardan və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzində yerləşdirilmiş elektron tədris resurslarından istifadə etmək imkanına malikdir. Bununla yanaşı, ATŞ-yə qoşulmuş təhsil müəssisələrində internet süzgəcləmə sistemi tətbiq olunur. Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir. İndiyədək ATŞ-ə qoşulmuş təhsil müəssisəsi internet və intranetə çıxışla təmin olunub, onların şəbəkə daxilində bir-biri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyası yaradılıb.//Apa.az