Nazirlər Kabineti 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini Prezident Administrasiyasına göndərib

 20:17 23.09.2019     278

Nazirlər Kabineti 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini Prezident Administrasiyasına göndərib.

Redaktor.az-ın xəbərinə görə, bu gün Baş Nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

İclasda “Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2020-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” məsələ müzakirə olunub. /apa/