BŞBPİ: Polis əməkdaşlarının peşə hazırlığı diqqət mərkəzindədir

 09:07 24.09.2019     291

"İctimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun təminatı, sabitliyin qorunub saxlanılması, cinayətkarlıq hallarının qarşısının alınmasında polis əməkdaşlarının – hüquqi, fiziki və mənəvi hazırlığına xüsusi diqqət göstərilir".

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə polis işçilərinin bilik və bacarıqlarının artırılması üçün müntəzəm olaraq, metodiki-təlim seminar dərsləri keçirilir. Dərslərdə cəmiyyət tərəfindən polislərin davranışında qəbul olunan və olunmayan dəyərlər, qanunvericiliyin tələbləri izah olunur.

E.Hacıyev əlavə edib ki, polisin cəmiyyət qarşısında məsuliyyətini nəzərə alaraq, vətəndaşlıq mövqeyinin göstəricisi olan təkliflər, müraciətlər ətraflı təhlil edilir, öyrənilir və məqsədəuyğun hesab edildikdə əməkdaşlarımızın tədris prosesinə yönəldilir.//Apa.az