Cəbhə kəndində üçəm sevinci - FOTOLAR

 11:04 24.09.2019     322

Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində gənc ailənin üç oğlu olub. 

Redaktor.az xəbər verir ki, rayonunun cəbhə kəndində yaşayan gənc ailənin 3 övladı dünyaya gəlib. Vasif Allahverdiyevin ailəsində dünyaya gələn körpələrin hər üçü oğlandır. Normal çəkidə doğulan uşaqların səhhətində heç bir problem yoxdur. Üçəmlərin və onların anası, 25 yaşlı Güllər Allahverdiyevanın vəziyyəti qənaətbəxşdir.

Allahverdiyevlər ailəsinin üçəmdən əvvəl bir oğlan övladı da olub. Azyaşlıların babası deyir ki, bu fakt nəsildə ikinci dəfədir ki, yaşanır.

Qeyd edək ki, Yuxarı Qaradağlı kəndi qoşunların təmas xəttinə ən yaxın yerləşən yaşayış məntəqələrindən biridir. Cəbhə kəndi erməni hərbçiləri tərəfindən intensiv olaraq atəşə məruz qalır.

Redaktor.az

22