“Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans keçirilir - FOTOLAR

 12:15 24.09.2019     401

Bu gün Sosial Tədqiqatlar Mərkəzi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda ilk konfransına start verib.

Redaktor.az xəbər verir ki, əvvəlcə mərkəzin rəhbəri Zahid Oruc tədbiri giriş sozu ilə açaraq iştirakçıları salamlayıb.

Daha sonra konfransda çıxış edən Prezident Administrasiyasını Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova bildirib ki, sosial tədqiqatlar mərkəzinin yaradılması Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsidir:

"Sosial tədqiqatlar ictimai-siyasi prosesləri müsbət şəkildə öyrənməyə, dəyərləndirməyə və həll yollarını tapmağa çalışır. Sosial tədqiqatlar yalnız ictimai rəyin öyrənilməsini deyil, həm də cəmiyyəti narahat edən məsələləri öyrənməyə və həlli ilə bağlı təkliflər verməyə çalışmalıdır. Həmçinin bu mərkəz yalnız passiv mövqedən çıxış etməklə cəmiyyətin rəyini öyrənməklə kifayətlənməməlidir. Dövlətin həyata keçirdiyi siyasət barədə aktiv məlumatlandırma işi də aparmalıdır. Dövlət vətəndaşının yanında olduğu qədər vətəndaş da dövlətinin yanında olmalıdır".

Daha sonra "stm.az" saytının təqdimatı, işlənmə mexanizmi haqqında məlumat verilib.

Qeyd edək ki, konfransda Asan Xidmət rəhbəri Ülvi Mehdiyev, Maliyyə nazirinin müşaviri Elman Mehdiyev, millət vəkili Musa Quliyev, Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, deputat Tahir Mirkişili və digər şəxslər iştirak edir.

Nihadə Eyyubova / Redaktor.az

FOTO: Müzəffər İsmayilov

222222