Azərbaycan əmtəəlik təbii qaz ehtiyatlarını artırıb

 13:36 24.09.2019     411

Azərbaycanda 2018-ci ildə əmtəəlik təbii qaz ehtiyatları 23,2 mlrd. kub metr təşkil edib ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 5,5% çoxdur.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, sözügedən dövr üzrə qaz ehtiyatlarının 82,5%-i hasilatın, 9,8%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 7,7%-i isə idxalın hesabına formalaşıb.

Məlumata əsasən, “mavi yanacaq” ehtiyatlarının 45,1%-i ölkə daxilində istehlak edilib, 42,5%-i ixrac olunub, 2,5%-i itkiyə gedib, 9,9%-i isə 2019-cu ilin yanvarın 1-i vəziyyətinə ehtiyat kimi qalıb.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 19,21 mlrd. kubmetr əmtəəlik qaz hasil edilib. Bu, illik müqayisədə 5,8%-lik artım deməkdir.