"28 sentyabr mitinqi keçirilməyəcək" - AXCP funskioneri

 18:30 26.09.2019     587

Milli Şuranın sentyabrın 28-ə təyin etdiyi mitinq keçirilməyəcək.

Bu barədə  AXCP üzvü Seymur Həzi məlumat verib.

O bildirib ki, yaxın günlərdə növbəti aksiyalarla bağlı qərarlarını elan edəcəklər: "Biz Bakı Şəhər İcra Hakimiyyətinin qərarını mitinqə razılıq verməməsi kimi qiymətləndiririk. Növbəti aksiyalarla bağlı qərarımızı elan edəcəyik. 28 sentyabr mitinqi keçirilməyəcək".

Qeyd edək ki, Milli Şura sentyabrın 28-ə mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.  BŞİH-də müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 may küçəsi, Neftçi idman klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.//Apa.az