Almaniyada yaşayan azərbaycanlıların SAYI AÇIQLANIB

 14:00 30.09.2019     68

Bu gün Almaniyanın Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirilib.

Redaktor.az-ın xəbərinə görə, Almaniya səfiri Volfqanq Maniq Azərbaycanla ölkəsi arasında münasibətlərdən danışıb.

Azərbaycanlıların Almaniyaya xüsusi rəğbətinin olduğunu vurğulayan səfir bildirib ki, Almaniyada 25 min azərbaycanlı yaşamaqdadır. Onun sözlərinə görə, Almaniyada 1400 azərbaycanlı tələbə təhsil alır.

Səfir qeyd edib ki, son bir il ərzində Almaniyadan Azərbaycana səfər edən nümayəndə heyətlərinin sayı artıb.

V. Maniq vurğulayıb ki, Azərbaycanın geosiyasi mövqeyi Almaniya üçün vacibdir.//Apa.az