Bakıda 3 nəfər narkotikdən ölüb

Bakıda daha iki şəxs narkotikdən zəhərlənib.
Redaktor.az-ın məlumatına görə, Suraxanı rayon sakini, 1985-ci il təvəllüdlü Züfliqarov Asiman Maarif oğlu qəbul etdiyi narkotik maddədən zəhərlənərək ölüb.
Digər ölüm hadisəsi isə Yasamal rayonunda baş verib. Yasamal rayon sakini, 1989-cu il təvəllüdlü Məmmədov Nadir Tahir oğlu qəbul etdiyi narkotik maddədən zəhərlənərək ölüb.
Faktlarla bağlı araşdırma aparılır./Apa.az