Azərbaycanda özəl ekspertiza mexanizmi yaradılacaq

 17:05 30.09.2019     2607

“Azərbaycanda mediasiya haqqında qanun qəbul edilib, vergi ombudsmanı yaradılıb. Bununla da özəl sektor-dövlət münasibətləri yeni mərhələyə qədəm qoyub”.

Redaktor.az-ın məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Şəffaf və səmərəli ədalət mühakiməsi - innovativ nümunələr" adlı görüşdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib.

V. Qasımlı deyib ki, vəkillik institutunun inkişafı məhkəmə-hüquq islahatlarında əsas istiqamətlərdən biridir: “Azərbaycanda hakimlərin sayının artırılması, bir hakimə düşən işlərin optimallaşdırılması gündəmdədir və dövlət başçısının tapşırığında əksini tapıb. Dövlət başçısının tapşırığına uyğun olaraq özəl ekspertiza mexanizminin yaradılması ilə bağlı məsələlərə də baxılır”.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən