Ədliyyə Nazirliyi Elektron Məhkəmənin Əsasnaməsini Nazirlər Kabinetinə təqdim edib

 17:40 30.09.2019     861

Ədliyyə Nazirliyi Elektron Məhkəmənin Əsasnaməsinin layihəsini hazırlayıb və 11 qurumla razılaşdırıb.

Redaktor.az-ın məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Şəffaf və səmərəli ədalət mühakiməsi - innovativ nümunələr" adlı görüşdə Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.

A. Səmədzadə deyib ki, sənəd Nazirlər Kabinetinə təqdim olunub, hazırda sənəd baxılma mərhələsindədir: “Nazirlər Kabineti Əsasnaməni Prezident İlham Əliyevə təqdim edəcək. İnanırıq ki, ilin sonuna qədər bu Əsasnamə təsdiqlənəcək”.//Apa.az