Macarıstan yığmasının Azərbaycanla oyun üçün HEYƏTİ

Futbol üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqibi Macarıstan yığmasının ilkin heyəti açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, baş məşqçi Marko Rossi oktyabrın 10-da Splitdə Xorvatiya, üç gün sonra Budapeştdə Azərbaycana qarşı keçiriləcək oyunlara çağıracağı futbolçuları müəyyənləşdirib.
O, qarşıdakı görüşlərə 26 futbolçu çağırıb.
Qapıçılar: Dibuş Deneş (“Ferentsvaroş”), Peter Qulaşi (“Leypsiq”, Almaniya), Adam Kovaşik (“Videoton”);
Müdafiəçilər: Barat Botond (“Sportinq Kanzas”, ABŞ), Bese Benabaş (“Havr”, Fransa), Tamaş Kadar (“Dinamo”, Kiyev, Ukrayna), Mixay Korxut (“Aris”, Yunanıstan), Adam Lanq ("Omoniya", Kipr), Gerqo Lovrençiç (“Ferentsvaroş”), Tamaş Kristian ("Zalaeqerseq"), Orban Villi (“Leypsiq”, Almaniya);
Yarımmüdafiəçilər: David Holman (“Slovan”, Slovakiya), Laslo Klyanheyzer (“Osiek”, Xorvatiya), İştvan Kovaç (“Videoton”), Adam Nad (“Bristol Siti”, İngiltərə), Mate Patkay (“Videoton”), David Siqer (Ferentsvaroş), Dominik Şoboşlay (“Red Bull”, Avstriya);
Hücumçular: Balaş Cudcak (“Əl-İttihad”, Birləşmiş Ərəb Əmirlikləri), Robert Feçesinq ("Uypeşt"), Filip Holender (“Luqano”, İsveçrə), Dominik Nad (“Legiya”, Polşa), Kristian Nemets (“Sportinq Kanzas”, ABŞ), Roland Varqa (“Ferentsvaroş”), Ronald Şallayi ("Frayburq", Almaniya), Adam Şalay (“Hoffenhaym”, Almaniya).
Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Macarıstan - Azərbaycan oyunu “Qroupama Arena”da baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.