Vilayət Eyvazovdan YENİ TƏYİNAT

 00:47 01.10.2019     113

Daxili işlər orqanlarında yeni təyinat olub.

Redaktor.az-ın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Mingəçevir şəhər Polis İdarəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib. 

Qeyd edək həmin vəzifədə çalışan Elxan Həsənov iki gün əvvəl tutduğu vəzifədən azad edilib.