“Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı hazırdır”
“Ali təhsil haqqında” qanun layihəsinin ilkin variantı artıq hazırdır”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
O bildirib ki, yaxın günlərdə Təhsil Nazirliyi yeni qanun layihəsi ilə bağlı təkliflər paketini Milli Məclisin Elm və təhsil komitəsinə təqdim edəcək.
İ. Həbibbəyli “Ali təhsil haqqında” qanun layihəsində ali təhsil sahəsində çalışanların attestasiyasının aparılması, ali məktəblərin akkreditasiyası və digər məsələlərlə bağlı müddəaların yer aldığını bildirib.
Komitə sədri vurğulayıb ki, qanun layihəsində özəl ali təhsil müəssisələrinin funksiyaları, vəzifələri, hüquqları ilə də bağlı müddəalar yer alıb.
İ. Həbibbəyli qeyd edib ki, “Ali təhsil haqqında” qanun layihəsinin məqbul variantı Milli Məclisin oktyabr ayında keçiriləcək plenar iclasında, I oxunuşda müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, “Ali təhsil haqqında” qanun layihəsi Milli Məclisin 2019-cu il payız sessiyasının qanunvericilik işlər planına daxil edilib.//Apa.az