“Melissa Park”ın sakinləri cərimələnib

 17:35 04.10.2019     253

Yasamal rayonu, H.Zərdabi küçəsi 192 A ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksinin sakinləri tərəfindən kompleksin ərazisinə tullantıların atılaraq qalaqlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət daxil olub. 

Nazirliyin mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilib və fakt öz təsdiqini tapıb.

Araşdırma zamanı tikinti tullantılarının mənzilləri təmir olunan sakinlər- Fərid Cəlalov və Misirxan Məmmədov tərəfindən atıldığı aşkar edilib. Faktla bağlı təqsirkar şəxslər barəsində protokollar tərtib edilib və hər biri fiziki şəxs qismində 600 manat məbləğində cərimə olunub.  

Ərazinin tullantılardan təmizlənərək əvvəlki vəziyyətə gətirilməsi məqsədilə “Melissa Park” yaşayış  kompleksinin rəhbərliyinə icrası məcburi  olan “məcburi göstəriş” verilib.