Şirvanda iki avtomobil toqquşub - Xəsarət alanlar var

 17:42 04.10.2019     366

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. “Mercedes” markalı avtomobillə “VAZ-2106” markalı maşın toqquşub. Avtomobillərdə olan 3 sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.//Apa.az