Beyləqanda iki avtomobil toqquşub

 20:59 04.10.2019     303

Beyləqanda yol qəzası olub. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Redaktor.az bildirir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Beyləqan rayonunun ərazisində “VAZ” markalı minik avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.