Ruhəngiz qadınları fahişəliyə cəlb edirmiş - cinayət işi açıldı

 10:07 06.10.2019     321

Azərbaycanda qadınları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Ruhəngiz Amanulahinin barəsində cinayət işi başlayıb.

Redaktor.az Teleqraf.com-a istinadən bildirir ki, onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Ruhəngiz Amanulahinin barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət edilib.

Şikayətə əsasən Ruhəngiz Amanulahi Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.

Ruhangiz Amanulahinin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə qapalı məhkəmə iclası başlanacaq.