Sumqayıtda Özbəkistan vətəndaşı intihar edib

 14:14 06.10.2019     220

Sumqayıtda Özbəkistan vətəndaşı intihar edib.

Redaktor.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Sumqayıta  gəlin köçən 1995-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Kenjoyeva Neqora İxtiyor qızı yaşadığı ünvanda özünü asıb.

Mərhumun meyiti  aidiyyatı üzrə təhvil verilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.