Tovuzda 38 yaşlı kişi ağacdan yığılaraq ölüb

 15:15 06.10.2019     193

Tovuz rayonunda yerli sakin ehtiyatsızlığın qurbanı olub.

Redaktor.az-ın report.az-a istinadən məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1981-ci il təvəllüdlü İsayev Mehman Yunis oğlu evindən kənarda olan bağda qoz ağacından yıxılıb. 

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. M.İsayevin meyiti yaxınlıqdan keçən şəxslər tərəfindən aşkarlanıb və aidiyyəti qurumlara məlumat verilib.

Meyit ekspertizaya aparılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.