Bakıda AĞIR QƏZA: 11 nəfər yaralandı

 10:00 07.10.2019     257

Qala-Pirallahı yolunda (Zirə Bolmarketin yanı) avtoqəza baş verib.

Səhiyyə Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, h​​​​adisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur.