Göyçayda 29 yaşlı oğlan bıçaqlanıb

 11:02 07.10.2019     224

Göyçayda bıçaqlanma hadisəsi olub.

Redaktor.az-ın xəbərinə görə, Göyçay şəhər sakini, 1990-cı il təvəllüdlü Nəcəfov Əbülfəz Əvəz oğlu bıçaq xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Göyçay rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.//Apa.az