Gəncədə mənzildən 10 min manatlıq oğurluq olub

 13:37 07.10.2019     788

Gəncədə mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumatına görə, narkotik vasitə ilə tutulmuş N.İbrahimovun ətrafında Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 2-də Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar R.Əliyev və T.Məmmədovla birgə rayon ərazisindəki evlərin birindən 10000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə R.Əliyev və T.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.