"Dünən havanın temperaturu iqlim normasından 4,5 dərəcə yüksək olub"

 12:41 07.10.2019     254

“Dünən ölkə ərazisində havanın temperaturu iqlim normasından yüksək olub”.

Redaktor.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O qeyd edib ki, oktyabrın 6-da havanın temperaturu iqlim normasından 4.5 dərəcə yüksək olub: “Bu gün günün birinci yarısında hava şəraiti kifayət qədər mülayim olacaq. Axşama doğru güclü küləklə əlaqədar temperatur bir qədər aşağı düşəcək və normaya yaxınlaşacaq”.