Türkiyə vətəndaşı Naxçıvanda qəza törədib

 13:45 07.10.2019     409

Naxçıvanda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumatına görə, oktyabrın 5-də saat 8 radələrində Şərur rayonunun Zeyvə kəndi ərazisində kənd sakini Q.İmanovun idarə etdiyi “Mercedes” və Türkiyə vətəndaşı Q.Hüseynin idarə etdiyi “Reno” markalı mikroavtobuslar toqquşub. Nəticədə Q.İmanovun sərnişini Vilayət Əsədov, habelə Q.Hüseynin 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. V.Əsədov orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılır.