DİN Bakıda baş verən qətllə bağlı məlumat yayıb

 13:07 07.10.2019     209

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, oktyabrın 6-da saat 18 radələrində Biləcəri qəsəbə sakini N.Məmmədov Binəqədi rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirilib.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.