Bərdədə yanğın olub

 13:53 07.10.2019     238

Bərdədə 3 otaqlı evdə yanğın baş verib. 

Redaktor.az-ın xəbərinə görə, Hacallı kənd sakini İbrahimov Faiz İbrahim oğluna məxsus ümumi sahəsi 108 m² olan evdə baş verən yanğın nəticəsində 2 otağın yanar konstruksiyaları 84 m² sahədə, digər otağının qapısı və pəncərə çərçivəsi yanıb. 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.//Apa.az