Ədliyyə Nazirliyinin istintaq idarəsinə yeni rəis təyin edilib

 19:57 07.10.2019     652

Ədliyyə orqanlarına yeni təyinat olub.

Redaktor.az-ın məlumatına görə, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Ədliyyə naziri Fikrət Məmmədovun imzaladığı müvafiq əmrlə, N.Abbasov Ədliyyə Nazirliyinin istintaq idarəsinin rəisi vəzifəsinə təyinat alıb.