Qənirə Paşayeva yeni təyinatdan DANIŞDI

 13:55 08.10.2019     353

Millət vəkili Qənirə Paşayeva Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun baş nazir postuna təyin olunmasından danışıb.

Redaktor.az xəbər verir ki, millət vəkili Əli Əsədovu uzun illərdir tanıdığını bildirib.

Qənirə Paşayeva qeyd edib ki, Ə. Əsədov iqtisadiyyat sahəsində yüksək səviyyəli peşəkar və alimdir:

“Ə. Əsədov ölkəmizin yeni baş naziri oldu. Ümumilli lider Heydər Əlievin səfərlərində tez-tez iştirak edən jurnalistlərdən biri kimi bu səfərlər çərçivəsində Əli müəllimlə dəfələrlə ölkəmizlə bağlı söhbətlərimiz olub. Millət vəkili seçildiyim dövrdən bu yana vətəndaşlarımızı maraqlandıran, narahat edən bəzi məsələlərlə bağlı nə zaman müraciət etsək, diqqətlə dinləyib, həssaslıqla yanaşıb. Əli müəllim sadə və səmimi ziyalıdır. Cənab prezidentin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən önəmli işlərdə Əli müəllimə baş nazir kimi uğurlu fəaliyyət diləyir və təbrik edirik”.

Xatırladaq ki, bu gün Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib.

Firuzə Vahid / REDAKTOR.AZ