Xəzərdə 4 balıqçı İTKİN DÜŞÜB - Axtarışlara helikopter cəlb edilib

 16:59 08.10.2019     249

Xəzərin Azərbaycan sektorunda 4 balıqçı itkin düşüb.

Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən