Qubada 18 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

 09:23 09.10.2019     197

Quba rayonunda bədbəxt hadisə baş verib.

Redaktor.az-ın verdiyi məlumata görə, hadisə rayonun Yerfi kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Cabir Babayevi qoyun otararkən elektrik cərəyanı vurub. Əlindəki çomağı yaxınlıqdan keçən elektrik xəttinə toxunduran gəncin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.//Apa.az