Qusarda 5 ton kartof oğurlanıb

 13:30 09.10.2019     407

Qusarda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-də T.Nəzirova məxsus torpaq sahəsindən 5 ton kartof oğurlamaqda şübhəli bilinən Yasab kənd sakinləri İ.Cəfərov, V.Pirov, Ə.Balasultanov və Ə.Məmmədov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.