Bakıda ər arvadını 18 bıçaq zərbəsi ilə qətlə yetirib

 15:45 09.10.2019     302

Bakıda qətl törədilib.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Məmməd Şərifli küçəsi 82a ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1980-ci il təvəllüdlü Əkbərov İlham Lütfəli oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əkbərova Cəvahir Telman qızını 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

İ.Əkbərov hadisəni törətdikdən sonra Şəki rayonuna qaçıb.

Nizami rayon Polis İdarəsi və Şəki rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.//Apa.az