Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb

 16:04 09.10.2019     159

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraitini açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Deprtamentindən Redaktor.az-a verilən məlumata əsasən, oktyabrın 9-da şimal-qərb küləyinin sürəti arabir Naftalanda 28, Daşkəsəndə 25, Tərtərdə 22, Xınalıq, Bakı, Ələtdə 20, Neft Daşlarında 18, Pirallahıda 17, Gədəbəydə 15 m/s-dək güclənib, dalğanın hündürlüyü 2,8 metrə çatıb.