Bu küçədə təmir işləri aparılacaq

 16:15 09.10.2019     319

Oktyabrın 10-dan etibarən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində təmir işlərinə başlanılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Redaktor.az-a verilən məlumata görə, təmir işləri sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq.

Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.