Penitensiar Xidmətdə müşavirə keçirilib - FOTOLAR

 17:07 09.10.2019     1182

Bu gün Penitensiar Xidmətin və tabe qurumların maliyyə-iqtisadiyyat sahəsində işləyən əməkdaşlarının iştirakı ilə müşavirə keçirilib.

Xidmətdən Redaktor.az-a verilən məlumata görə, müşavirədə çıxış edən Xidmətin rəis müavini ədliyyə general-mayoru Məhərrəm Qafarov “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli Sərəncamının icrasından irəli gələn məsələlər, həmçinin maliyyə sahəsini tənzimləyən digər normativ-hüquqi sənədlərdə edilmiş dəyişiklər barədə məlumat verib.

Eyni zamanda büdcə vəsaitlərinin qənaətlə istifadə edilməsi, kommunal xərclərdə israfçılığa yol verilməməsi məsələləri müzakirə edilib, əməkdaşları maraqlandıran suallar cavablandırılıb.

22