Müsavat Partiyasının qurultayının yeri və tarixi müəyyənləşib

 17:58 09.10.2019     235

Müsavat Partiyasının qurultayının keçiriləcəyi məkan və tarix müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, qurultay oktyabrın 13-də Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən “Büllur” sarayında (köhnə İnqilab kinoteatrı) keçiriləcək.

A. Hacılı Bakı Şəhər İcra Hakimiyyətinin Müsavat Partiyasının qurultayının “Büllur” sarayında keçirilməsinə razılıq verdiyini bildirib.//Apa.az