Azərbaycan-Gürcüstan sərhədlərinin razılaşdırılmamış ərazilərinə ekspertlərin baxışı başa çatıb

 21:22 09.10.2019     638

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının ekspertləri öz işini tamamlayıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə komissiyanın Gürcüstan tərəfdən həmsədri, Gürcüstan Xarici İşlər nazirinin müavini Laşa Darsalia məlumat verib.

O bildirib ki, yaxın gələcəkdə danışıqların növbəti raundu keçiriləcək.

“Ekspert qruplarının Gürcüstan-Azərbaycan sərhədlərinin razılaşdırılmamış ərazilərinə baxışı başa çatıb. Bunun əsasında yaxın vaxtlarda Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının iclası keçirilməlidir. Ümid edirik ki, azərbaycanlı həmkarlarımızla tərəfdaşlıq ruhunda məsələyə çıxış yolu tapacağıq”, - deyə L. Darsalia bildirib.

Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin demilitasiyası və demarkasiya üzrə Dövlət Komissiyasının ekspertlərinin ilk görüşü 19-23 avqust tarixlərində baş tutub. Ekspertlərin ikinci görüşü isə sentyabrın 23-də başlayıb. Hər iki ölkədən olan ekspertlər Gürcüstan və Azərbaycanın sərhəd xəttinin 15-ci, 16-cı, 17-ci, 18-ci, 20-ci, 22-ci və 24-cü seksiyalarında müşahidə və geodeziya işləri aparıblar. /apa/