Sabunçuda bədbəxt hadisə: 19 yaşlı oğlan...

 10:45 10.10.2019     1385

Sabunçu rayonunda məsciddə ölüm hadisəsi baş verib.

Redaktor.az-ın mənlumatına görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 15 ünvanında yerləşən Cümə Məscidində qeydə alınıb.

2000-ci il təvəllüdlü Masizadə Müstəqim Pənah oğlu oktyabrın 9-da axşam saatlarında məsciddə elektrik çaydanını götürərkən çaydanın elektrik hissəsi açıq olub. M.Masizadə çaydanın açıq elektrik hissəsindən tutarkən onu cərəyan vurub. Nəticədə, o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.//Trend.az