Bakıda süpürgəçini maşın vuraraq öldürüb

 11:56 10.10.2019     748

Bu gün səhər saatlarında Bakının Heydər Əliyev prospektində qəza zamanı ölən süpürgəçinin şəxsiyyəti müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, avtoqəzada həyatını itirən şəxs Sabunçu rayon sakini, 1956-cı il təvəllüdlü Mirzəyeva Gülbacı Sənan qızıdır.

***

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Hadisə paytaxtın Heydər Əliyev prospektində, Sabunçu rayou ərazisində qeydə alınıb. 

Mənzil İstismar Sahəsinin yolu süpürən işçisini maşın vuraraq öldürüb. 

Faktla bağlı araşdırma aparılır.//Apa.az