Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Bir ailənin 3 üzvü öldü

Bakı-Quba yolunda baş verən yol qəzasında ölən şəxslər bir ailənin üzvləridir.
Redaktor.az-ın məlumatına görə, qəza nəticəsində minik avtomobilində olanlar - 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə Məmməd qızı, onun oğlu, 1988-ci il təvəllüdlü Allahverdiyev Taleh Hümbət oğlu və gəlini, Nazilə Allahverdiyeva aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.
***
saat 11:38
Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
Hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.
***
Saat 11:22
Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
Hadisə Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, üç avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.//Apa.az