“Prezident İlham Əliyevin siyasətində islahatlar davamlıdır” - Mübariz Qurbanlı

 14:23 10.10.2019     177

“Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində islahatlar davamlıdır”.

Redaktor.az-ın əlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O qeyd edib ki, ölkədə hər zaman bütün sahələr üzrə islahatlar aparılıb: “Dövlət idarəçiliyində zamanı çatmış məsələlərin həlli islahat deməkdir. Bu da irəliyə doğru atılan addımdır. Bütün demokratik inkişaf yolu keçən ölkələr bu yolla gedir. Azərbaycan da demokratik ölkədir və Azərbaycan müstəqillik əldə etdikdən sonra islahatlar davamlı olub, bu gün də davam etməkdədir. Yeni Baş Nazirin təyinatı da mövcud iqtisadi islahatlarla əlaqədar həyata keçirilib. Mən Əli Əsədovun Baş Nazir təyin olunmasını lazımi addım sayıram və əminəm ki, o, qarşıya qoyulan məsələləri uğurla yerinə yetirəcək”.//Apa.az