Azərbaycan İsveçrədən daha 2 elektrik sürət qatarı alacaq

 11:03 11.10.2019     238

“Azərbaycan Dəmir Yolları” QSC ilin sonuna qədər İsveçrənin  "Stadler Rail Group” şirkətindən daha 2 elektrik sürət qatarı alacaq.

Redaktor.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu qatarların Rusiya qatarlarından fərqi altında 40 səsboğucunun olmasıdır:

"Rusiya qatarlarında bunların sayı daha azdır".//Apa.az